"Arsenal" ispaniyalı yarımmüdafiəçi üçün danışıqlara başlayıb
25.04.2025 - 11:58
İspaniya millisinin və "Real Sosyedad"ın müdafiəçi yarımmüdafiəçisi Martin Zubimendi İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu ilə Londonun "Arsenal" klubu maraqlanır.
"Topçular" transferlə bağlı danışıqlara başlayıb. Potensial müqavilə 60 milyon avro dəyərində qiymətləndirilir.
Martin bu mövsüm "Real Sosyedad"ın heyətində 43 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Real"la hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0