"Arsenal" Premyer Liqanın bombardiri ilə maraqlanır
16.04.2024 - 16:58
"Arsenal" Premyer Liqanın bombardiri ilə maraqlanır

Premyer Liqa təmsilçisi "Arsenal" klubu yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az  “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “Aston Villa”nın hücumçusu Ollie Uotkins “Arsenal”ın radarındadır. 

“Transfermarkt” portalı 28 yaşlı futbolçunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Ollie Uotkins cari mövsümdə Premyer Liqada 19 qolla bombardirlər sırasında 3-cüdür.

0