"Arsenal" və "Çelsi" "Milan"ın ulduzunu almaq istəyir
10.05.2025 - 15:57
Portuqaliya millisinin və "Milan"ın vingeri Rafael Leao İngiltərə Premyer Liqasında işləyə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Portuqaliyalının transferində Londonun "Arsenal" və "Çelsi" klubları maraqlıdır.
İtaliya təmsilçisi ulduz futbolçunu 75 milyon avroya sata biləcəyini bildirmişdi.
Rafaelin klubla mövcud müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. O, 2019-cu ilin avqustundan komandada çıxış edir.
Qeyd edək ki, o, İtaliya çempionatının cari mövsümündə 33 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
0
0