“Arsenal”, “Mançester Siti” və Fransa millisinin sabiq sol cinah müdafiəçisi Qayel Klişi Fransanın “Kan” klubunun baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Normandiyanın eyniadlı şəhərini təmsil edən klubun sahibi Madrid “Real”ının ulduzu Kilian Mbappenin ailəsidir.
Klişi daha əvvəl Fransa gənclər və olimpiya yığmalarında Tyerri Anrinin köməkçisi kimi çalışıb, həmçinin Türkiyənin “Başakşehir” və İsveçrənin “Servett” klublarında oynayan-məşqçi olub.
“Kan” hazırda Fransanın səviyyəcə üçüncü liqasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”