“Arsenal” yayda "Nyukasl"a rekord məbləğ ödəyə bilər
07.02.2025 - 13:19
Premyer Liqa klublarından “Arsenal” yay transfer dönəmində komandanın hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Topçular” hazırda “Nyukasl”da çıxış edən isveçli hücumçu Aleksandr İsakı transfer etməyi hədəfləyir.
Bu keçid “Arsenal” tarixində rekord ola bilər. "Nyukasl" İsakın transferindən ən az 130 milyon avro qazanmaq istəyir.
25 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 22 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0