“Arsenal”da ciddi itki
13.01.2025 - 09:32
Premyer Liqa nəhənglərindən “Arsenal” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Jesus İngiltərə Kubokunda “Mançester Yunayted”lə matçda zədə alıb.
27 yaşlı hücumçu meydanı xərəkdə tərk edib. Braziliyalının durumu tibbi müayinədən sonra bilinəcək.
O, bu mövsüm 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
- PSJ-dən Çempionlar Liqasında Fransa rekordu
- Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
- “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
0
0