“Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
05.06.2026 - 22:19
“Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər

“Everton” hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, Liverpul təmsilçisi “Arsenal”ın futbolçusu Qabriel Jesusla maraqlanır.

Football Insider-in məlumatına görə, “Everton” braziliyalı hücumçunun mümkün keçidi ilə bağlı vəziyyəti izləyir.

“Arsenal”da istədiyi qədər şans qazanmayan 29 yaşlı forvardın yayda klubunu dəyişə biləcəyi bildirilir.

Qeyd edək ki, Qabriel Jesus 2022-ci ilin yayından “Arsenal”da çıxış edir. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.