Artetanın istəyi
01.08.2023 - 00:00
Artetanın istəyi

“Arsenal” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya elçi düşüb.

22 yaşlı gürcünün oyununa valeh olan Mikel Arteta rəhbərlikdən vinqerin alınmasını istəyib. İtaliya təmsilçisi ilə danışıqlara başlayan ingilislər yüksək transfer məbləği qarşılığında oyunçunu komandaya cəlb etməyə çalışacaqlar.

Qeyd edək ki, karyerası ərzində 160 matçda meydana çıxan Gürcüstan millisinin üzvü 36 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.

0