Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı
02.07.2024 - 19:23
Asim Xudiyev Konfrans Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025-ci illər mövsümündə ilk təyinatını alıb.

Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.

Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.

0