“Aston Villa” "Barsa"nın yetirməsi ilə maraqlanır
07.05.2025 - 13:52
"Selta"nın müdafiəçisi Oskar Minqueza İspaniya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun xidmətində Birminqem təmsilçilərindən “Aston Villa” maraqlıdır.
Minquezanın sərbəst qalma məbləği 20 milyon avrodur.
Qeyd edək ki, o, "Barselona" akademiyasında yetişib. 25 yaşlı futbolçu 2022-ci ilin yayından “Selta”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyununun sonunda başa çatacaq.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0