“Atalanta” axtardığını “Cenoa”da tapdı
24.06.2022 - 00:48
“Atalanta” axtardığını “Cenoa”da tapdı

“Atalanta”nın heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi Andrea Kambyasonun xidmətində maraqlıdır.

“Cenoa”nın yarımmüdafiəçisi bu yay komandasını dəyişə bilər. 22 yaşlı futbolçunun keçidinin 7-8 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, “Cenoa”nın öz yetirməsi olan Andrea 2017-ci ildə əsas komandada debüt edib.
 

0