"Atletiko Madrid"in müdafiəçisi "Barselona"nın radarındadır
29.02.2024 - 12:59
"Atletiko Madrid"in müdafiəçisi "Barselona"nın radarındadır

"Atletiko"nun mərkəz müdafiəçisi Mario Hermoso hələ də "Barselona"nın radarındadır.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli ispaniyalını azad agent kimi transfer etmək istəyir.

Hermosonun Madrid klubu ilə müqaviləsi yayda başa çatır. “Atletiko” hələ də futbolçu ilə yeni müqavilə imzalamaqdan uzaqdır. Mario artıq karyerasını davam etdirmək üçün başqa variantları, o cümlədən "Barselona"nı nəzərdən keçirir.

28 yaşlı Hermoso 2019-cu ilin yayında digər Kataloniya klubu "Espanyol"dan "Atletiko Madrid"ə keçib. 

0