“Atletiko”da ciddi itki
13.03.2026 - 18:58
“Atletiko”da ciddi itki

"Atletiko"nun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Pablo Barrios zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi məşq zamanı ayaq əzələləsindən xəsarət alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Barrios "Real"ın yetirməsidir.