“Atletiko”dan növbəti transfer
03.02.2026 - 23:45
"Atletiko Madrid" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Elçe"dən Rodriqo Mendozanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 20 yaşlı oyunçu üçün qarşı tərəfə 16 milyon avro ödəyib. İspaniyalı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Mendoza "Elçe"nin yetirməsidir. Gənc futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
0
0