"Atletiko"dan rekordun təkrarı
05.01.2025 - 10:51
"Atletiko" Kral Kubokunun 1/16 final mərhələsində "Marbella" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş Madrid təmsilçisinin qələbəsi ilə nəticələnib - 1:0.
Bu, ardıcıl qalibiyyət sayı baxımından klub tarixinin rekordunun təkrarı olub. Dieqo Simeonenin komandası bütün turnirlədə 13 görüşdə xal itirməyib.
"Atletiko" 2012-ci ilin avqustundan oktyabr ayına kimi də eyni uzunluqda qələbə seriyasına malik olub.
Qeyd edək ki, hazırda 18 matçdan sonra 41 xal toplayan "Atletiko" La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0