Avropa çempionu qrup sonuncusu oldu
29.06.2023 - 00:44
Avropa çempionu qrup sonuncusu oldu

21 yaşlı futbolçular arasında təşkil olunan Avropa çempionatının qrup mərhələsi başa çatıb.

Apasport.az saytı xəbər verir ki, son çempion Almaniya yığması qrupda sonuncu yeri tutub.

C qrupunda yer alan almanlar cəmi bir xal toplayıblar. Onlar son görüşdə lider İngiltərəyə uduzublar. Digər oyunda qrupda ikinci yeri tutan komandanın adına aydınlıq gəlib. Çexiyanı 1 xal qane etsə də, İsrail 82-ci dəqiqədə qələbə topunu vuraraq, pley-offda oynamaq hüququ əldə edib.

D qrupunda Fransa millisi maskimum nəticə göstərib. Komanda son görüşdə İsveçrəni böyükhesabla məğlubiyyətə uğradıb. İtaliya – Norveç matçında isə skandinaviyalılar qələbə qazanıblar. Nəticədə 3 yığmanın xalı eyni olub və reqlamentə görə, bu komandalar arasında keçirilən oyunların nəticələri nəzərə alınıb. Top fərqi 0-a bərabər olduğundan, daha çox qol vuran İsveçrə ikinci yeri tutaraq, ¼ finala yüksəlib.

Qeyd edək ki, ¼ finalda Gürcüstan – İsrail, İngiltərə - Portuqaliya, İspaniya - İsveçrə və Fransa - Ukrayna matçları keçiriləcək.

U21 Avropa çempionatı
C qrupu

İngiltərə – Almaniya – 2:0
İsrail – Çexiya – 1:0
İngiltərə – 9, İsrail – 4, Çexiya – 3, Almaniya – 1 xal.

D qrupu
İsveçrə – Fransa – 1:4
İtaliya – Norveç – 0:1
Fransa – 9, İsveçrə – 3, İtaliya – 3, Norveç – 3 xal.
 

0