Avropa nəhəngi Viktor Osimheni istəyir
30.10.2025 - 12:03
La Liqa təmsilçisi "Barselona" "Qalatasaray"ın ulduz futbolçusunu transfer etmək istəyir.
Apasport.az "Mundo Deportivo" nəşrinə istinadla xəbər verir ki, İspaniya klubu Viktor Osimheni transfer etməkdə maraqlıdır.
Kataloniya təmsilçisi Robert Levandovskidən sonra yaranacaq hücumçu boşluğunu Osimhenlə doldurmaq istəyir.
Digər tərəfdən "Barselona"nın 26 yaşlı hücumçunun qiymətinə görə bu transferi həyata keçirə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, cari mövsümdə "Qalatasaray"ın heyətində 9 oyun keçirən Viktor Osimhen 6 qolla yadda qalıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0