Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
29.09.2026 - 12:51
Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro

“Portu”nun sağ cinah müdafiəçisi Alberto Koşta Avropanın bir neçə nəhəng klubunun maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, PSJ, “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” portuqaliyalı futbolçunun durumunu yaxından izləyir.

Bu barədə “CaughtOffside” agentlərə yaxın mənbələrə istinadən məlumat yayıb. 

Hazırda 23 yaşlı müdafiəçi üçün heç bir rəsmi təklif edilməyib. Adıçəkilən klublar Koştanın oyununu izləmək və mümkün transferi dəyərləndirmək mərhələsindədirlər.

Futbolçunun “Porto” ilə müqaviləsində 65 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. “Yuventus” isə Koştanın gələcək satışından əldə olunacaq mənfəətin 10 faizini almaq hüququna malikdir. 

Qeyd edək ki, Alberto Koşta 2025-ci ilin iyulunda “Yuventus”dan “Porto”ya keçib. Portuqaliya klubu onun transferi üçün 15 milyon avro ödəyib və futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə bağlayıb.