
Avropanın ən yüksək bazar dəyərinə malik klublarının siyahısı açıqlanıb
Apasport.az xəbər verir ki, "Football Benchmark Group"un hazırladığı siyahıda 10 klub yer alıb.
Sıralamanın lideri 6,3 milyard avro ilə "Real"dır. İkinci yerdə “Mançester Siti” (5,2 milyard avro) qərarlaşıb. “Mançester Yunayted” isə ilk üçlüyü (5,1 milyard avro) tamamlayır.
Avropanın ən dəyərli 10 klubu :
"Real" (İspaniya) - 6,3 milyard avro.
"Mançester Siti" (İngiltərə) - 5,2 milyard avro.
"Mançester Yunayted" (İngiltərə) - 5,1 milyard avro.
"Barselona" (İspaniya) – 4,5 milyard avro.
"Bavariya" (Almaniya) - 4,3 milyard avro.
"Liverpul" (İngiltərə) - 4,1 milyard avro.
"Arsenal" (İngiltərə) - 3,9 milyard avro.
PSJ (Fransa) - 3,8 milyard avro.
"Tottenhem" (İngiltərə) - 3,6 milyard avro.
"Çelsi" (İngiltərə) - 2,9 milyard avro.