Avstriyalı baş məşqçi Premyer Liqa klubunu tərk edəcək
17.01.2026 - 12:37
“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, avstriyalı mütəxəssis mövsümün sonunda Premyer Liqa təmsilçisindən ayrılacaq.
Bu barədə Qlasnerin özü mətbuata açıqlamasında deyib.
51 yaşlı çalışdırıcı klubla 30 iyun tarixində başa çatan müqaviləsinin müddətini uzatmayacağını bildirib.
Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayında “Kristal Pelas”ın baş məşqçisi vəzifəsinə təyin olunub. London klubu onun rəhbərliyi altında ötən mövsüm İngiltərə Federasiya Kubokunu və Super Kuboku qazanıb.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0