UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan "Ayntraxt" klubunun azarkeşlərinə qadağa tətbiq edib.
Apasport.az xəbər verir ki, almaniyalı fanatlara Çempionlar Liqasının Liqa mərhələnin VII turunda Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyununa bilet satılmayacaq.
Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq. Buna səbəb isə onların ötən tur "Barselona" ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir.
Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki