“Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO
05.06.2026 - 21:01
“Ayntraxt”dan yeni mövsümə xüsusi forma  - FOTO

“Ayntraxt” 2026/2027 mövsümündə geyinəcəyi ev formasını təqdim edib.

Apasport.az xəbər verir ki, Frankfurt təmsilçisi yeni mövsüm üçün hazırlanan formanı ictimaiyyətə nümayiş etdirib.

Klubun ev forması ənənəvi rənglər əsasında hazırlanıb. Yeni dizaynda “Ayntraxt”ın klassik üslubunun qorunduğu diqqət çəkir.

Qeyd edək ki, Frankfurt təmsilçisi ötən mövsümü Bundesliqada ilk “4-lük”də başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.