Azərbaycan millisini çalışdırmış məşqçi Qırğızıstan yığmasında
10.12.2025 - 17:53
Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki Asiyada işləyəcək.
Apasport.az xəbər verir ki, xorvat mütəxəssis Qırğızıstan Futbol Federasiyası ilə anlaşıb.
O, Qırğızıstan milli komandasına rəhbərlik edəcək. Onunla artıq rəsmi müqavilə də imzalanıb.
56 yaşlı mütəxəssis 3 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, o, son olaraq Monteneqro yığmasına rəhbərlik edirdi.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0