[b]Balotelli yeni klubu ilə anlaşdı[/b]
07.07.2018 - 18:43
[b]Balotelli yeni klubu ilə anlaşdı[/b]

“Nitsa”nın hücumçusu Mario Balotelli klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını “Marsel”də davam etdirəcək.

 

Çünki klubla futbolçu arasında aparılan danışıqlar müsbət nəticələnib. İtaliya millisinin üzvü “Marsel”in 2 illik müqavilə təklifini müsbət cavablandırıb. Bəzi xırda detallar qalıb ki, bunun müzakirəsindən sonra 28 yaşlı oyunçunun keçidi rəsmən elan ediləcək.

 

Qeyd edək ki, Mario Balotelli “Nitsa”ya 2016-cı ildə “Milan”dan keçib.

0