“Barsa” ilə oyun öncəsi “İnter”də ciddi itki
03.05.2025 - 13:50
“Barsa” ilə oyun öncəsi “İnter”də ciddi itki

"İnter" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Barselona" ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi oyuna ciddi itki ilə çıxa bilər. Belə ki, kapitan Lautaro Martinesin vacib matçı buraxmaq ehtinalı var.

Argentinalı hücumçu İspaniyada keçirilən ilk oyunda zədələnib. Onun Milandakı oyunda meydanda olmaq şansının az olduğu bildirilir.

Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması mayın 6-sı Bakı vaxtilə saat 23:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun 3:3 hesablı bərabərliklə başa çatıb.