“Barsa”da ciddi itki - “İNTER”lə cavab matçını buraxacaq
01.05.2025 - 21:26
Ötən gün "Barselona"nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə qarşılaşmada sıradan çıxmışdı.
Apasport.az xəbər verir ki, fransalı futbolçunun bud sümüyündə zədə aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun "İnter"lə səfərdə keçiriləcək cavab matçında iştirak etməməsi gözlənilir.
Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 52 rəsmi matçda 4 qol, 8 assistlə yadda qalıb.
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
0
0