“Barsa”nın qolkiperi “Beşiktaş”ın radarında
19.11.2025 - 23:27
“Barsa”nın qolkiperi “Beşiktaş”ın radarında

"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Beşiktaş" almaniyalı qolkiperi transfer etmək istəyir.

Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, İstanbul təmsilçisi 33 yaşlı futbolçunu 8 milyon avroluq satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. 

Qeyd edək ki, "Barselona" Mark-Andre Ter Ştegeni 2014-cü ilin yanvar ayında Münhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer edib.