İspaniya La Liqası klublarından "Barselona"nın futbolçusu Vitor Roke vətəninə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Palmeyras" icarə əsasında "Real Betis" komandasında çıxış edən braziliyalı hücumçunu transfer etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Palmeyras" İspaniya klubuna 27 milyon avro və futbolçunun növbəti satışından 20 faiz pay təklif edib.
Xatırladaq ki, "Barselona" Vitor Rokeni 2024-cü ilin yanvar ayında "Atletiko Paranaense"dən 30 milyon avro müqabilində transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Real Betis"ə icarəyə verilib.
Qeyd edək ki, gənc futbolçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
- İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB