
"Barselona" Ansu Fati ilə müqavilənin detallarını yenidən müzakirə etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Fatinin "Barselona"da 2027-ci ilin yayına kimi razılaşması var. O, növbəti iki mövsümdə 26 milyon avro qazanacaq.
Klub rəhbərliyi ispaniyalı oyunçu ilə 2030-cu ilədək müqavilə bağlayıb, illik 5,2 milyon maaş təklif edəcək. Hələlik, gənc futbolçunun yola gətirmək variantları nəzərdən keçirilir.
Hücumçu hazırda heyətdə Robert Levandovski və Frenki de Yonqdan sonra ən çox maaş alan 3-cü futbolçudur.
Qeyd edək ki, qışda "Barsa"nın baş məşqçisi Hans-Diter Flik Fati ilə görüşərək, daha çox oynaması başqa kluba keçməyi məsləhət görüb. Amma Ansi komandada qalmaq istədiyi deyib.