"Barselona" Levandovskiyə əvəzləyici tapıb
24.02.2025 - 17:17
"Barselona" "Yuventus"un mərkəz hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, “blauqrana” 25 yaşlı serbiyalını polşalı Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.
"Barsa" yay transfer pəncərəsində Duşanı transfer edə bilər. Futbolçunun bazar dəyəri 60 milyon avrodur.
İtaliya çempionatının cari mövsümündə Vlahoviç 20 oyun keçirib. Hücumçu 9 qol vurub və məhsuldar ötürmə edib. Onun “Qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0