“Barselona” Levandovskiyə əvəzləyici tapıb
15.11.2025 - 13:55
Argentina millisinin və "Atletiko Madrid"in hücumçusu Xulian Alvarez karyerasını başqa bir İspaniya klubunda davam etdirə bilər.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Barselona" 25 yaşlı futbolçu ilə maraqlanır.
"Blauqrana" rəhbərliyi Xulianı müqaviləsi gələn ilin yayında başa çatacaq Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.
Alvarezin bazar dəyəri 100 milyon avrodur. Tərəflər arasında mövcud müqavilə 2030-cu ilin yayında başa çatacaq.
Cari La Liqa mövsümündə argentinalı 12 oyun keçirib, 7 qol vurub və iki məhsuldar ötürmə edib.
0
0