“Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək
06.10.2026 - 11:10
“Barselona” futbolçusu Rafinya ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi braziliyalı vingerlə sözləşmənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Rafinyanın əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya 65 milyon avro qarşılığında transfer olunub.
0
0