"Barselona" Rafinyanı 90 milyon avroya buraxacaq
28.06.2024 - 15:07
"Barselona" Rafinyanı 90 milyon avroya buraxacaq

La Liqa təmsilçilərindən "Barselona" hücumçusu Rafinya Diazla ayrılmağa hazır olacağı məbləği müəyyən edib.

Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "blauqrana" braziliyalı üçün 90 milyon avro tələb edir.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Rafinya ilə maraqlandığı bildirilirdi. "Əl-Hilal" futbolçuya böyük maaş təklif etməyə hazırdır, lakin braziliyalının özü "Barselona"dan ayrılmaq niyyətində deyil.

Rafinya 2022-ci ildə "Lids"dən "Barselona"ya keçib. La Liqanın son mövsümündə Rafinya 6 qol vurub, 9 məhsuldar ötürmə edib.
 

0