"Barselona" "Real”ın transfer hədəfini almaq istəyir
03.04.2024 - 12:26
La Liqa təmsilçisi "Barselona" və “Real Madrid” argentinalı yarımmüdafiəçi Franko Mastantuono uğrunda mübarizə aparacaq.
Apasport.az “TyC Sports”a istinadən xəbər verir ki, kataloniyalılar Mastantuononu “kral klubu”na buraxmaq istəmir.
Madrid klubu hələ də "River Pleyt"lə təzminat məbləği ilə bağlı razılığa gələ bilməyib, "Barselona" bundan yararlana bilər.
"Transfermarkt" portalı oyunçunun dəyərini 4 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, 16 yaşlı futbolçu Argentina çempionatının 9 matçında oynasa da, fərqlənə bilməyib.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0