
"Barselona"nın qapıçı mövqeyində dəyişiklik olacaqmı?
La Liqa çempionu "Barselona" polşalı qapıçı Voyçex Şesni ilə yeni müqavilə imzalamaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta açıqlama verib.
"Barselona" Şesniyə yeni müqavilə təklif edib
Funksioner polşalıya yeni müqavilə təklif etdiklərini bildirib:
"Təcrübəsinə görə Şesni ilə müqavilə imzalamışdıq. İndi onun komandada qalmasını istəyirik. Yeni müqavilə təklif etmişik. Ümid edirik ki, o, bizimlə qalacaq".
Şesninin "Barselona" karyerası
Qeyd edək ki, polşalı qolkiper keçən ilin oktyabrında azad agent kimi "Barselona"ya keçmişdi. Qapıçı Hans-Diter Flikin komandasının heyətində bütün yarışlarda 30 oyun keçirib, 36 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.