“Barselona” Silva ilə anlaşdı
13.08.2022 - 15:47
“Barselona” Silva ilə anlaşdı

“Barselona” Bernardo Silva ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacaq.

Lakin keçidin rəsmiləşməsi üçün “Maneçster Siti” ilə danışıqlar da müsbət yekunlaşmalıdır. İspaniya klubu bunun üçün 60 milyon avro təklif edəcək.

Qeyd edək ki, Mançesterlilər Bernardonu 2017-ci ildə 50 milyona alıb.
 

0