"Barselona" yayda bu mövqeləri gücləndirəcək
16.04.2024 - 14:26
"Barselona" yayda bu mövqeləri gücləndirəcək

Kataloniyanın "Barselona" klubu yayda həyata keçirəcəyi transferlər barədə qərar verib. 

Apasport.az xəbər verir ki, klub rəhbərliyi yayda Joao Feliks və Joao Kanselonu icarədən qaytaracaq. Həmçinin "Barselona"nın meneceri komandaya müdafiəyəmeyilli yarımmüdafiəçi və sol cinah oyunçusu dəvət etmək istəyir. 

Daha əvvəl mətbuatda  "Barselona"nın "Mançester Siti"dən yarımmüdafiəçi Bernardo Silvanı 50 milyon avroya ala biləcəyi ilə bağlı məlumat yayılmışdı.

0