"Barselona"da posta Xavidən sonra Hansi Flik keçə bilər
06.02.2024 - 17:24
"Barselona"da posta Xavidən sonra Hansi Flik keçə bilər

Hansi Flik "Barselona"nı çalışdıra bilər.

Apasport.az xəbər verir ki, İspaniya klubu Xavi Hernandezin xələfi ilə bağlı qərar verib.

Namizədlər arasında Hansi Flikə üstünlük verilib.

Klub prezidenti Xuan Laporta bir sıra məşqçi namizədlərini dəyərləndirdikdən sonra Hansi Flikin komandaya daha uyğun olduğu qənaətinə gəlib.

Alman mütəxəssisin cari mövsümün sonunda komandaya rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, "Bavariya"nın sabiq baş məşqçisi Flik ötən ilin sentyabrında Almaniya millisindəki işindən ayrılıb.

0