"Barselona"da sürpriz ayrılıq
27.04.2024 - 10:48
"Barselona"da sürpriz ayrılıq

Əvvəlki gün baş məşqçi Xavi Hernandesin komandada qalacağı ilə bağlı açıqlamadan sonra yeni mövsümü planlaşdırmağa başlayan "Barselona"da sürpriz gediş ola bilər.

Apasport.az xəbər verir ki, iqtisadi cəhətdən çətin günlər yaşayan Kataloniya nəhəngi daha əvvəl ayrılmağa icazə vermədiyi De Yonqla yollarını ayıra bilər.

Yeni transferlər üçün büdcə yaratmaq və maaş yükünü yüngülləşdirmək istəyən "Barselona" ​​bu yay "Mançester Yunayted"in maraqlandığı De Yonqun gedişinə razılıq verə bilər.

Qeyd edək ki, “Barselona”nın futbolçuları Ronald Arauxo və Rafinyaya uyğun təkliflər gələrsə komandadan ayrılacaqları gözlənilir. 

0