"Barselona"dan məğlubiyyətsizlik seriyası
10.04.2025 - 10:37

"Barselona" Çempionlar Liqasının 1/4 finalında evdə "Borussiya Dortmund"u 4:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, kataloniyalılar bu qələbədən sonra məğlubiyyətsizlik seriyasını 23 matça çatdırıb.
"Barsa" 2025-ci ildə qarşılaşdığı komandalardan 19-nu məğlub edib, 4 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
"Opta"nın məlumatına görə, bu, bir təqvim ilinin əvvəlində klubun ən uzun məğlubiyyətsiz seriyasıdır.
Əvvəlki rekord 2016-cı ildə qeydə alınıb.
Qeyd edək ki, “Borussiya” ilə cavab oyunu aprelin 15-də Dortmundda keçiriləcək.
0
0