“Barselona”nın gənc ulduzu zədələndi
13.11.2024 - 17:34
İspaniya La Liqa klublarından “Barselona”da çıxış edən Ansu Fati zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün keçirilən təlim-məşq toplanışı zamanı futbolçunun sağ ayağının bud əzələsində zədə aşkarlanıb.
Klub açıqlamasında bildirib ki, 22 yaşlı oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, ispaniyalı hücumçu bu mövsüm bütün turnirlər daxil 7 matçda cəmi 158 dəqiqə meydanda olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0