"Real Sosyedad" La Liqa matçında minimal hesablı qələbə ilə "Barselona"nın seriyasına son qoyub.
Apasport.az xəbər verir ki, matçda yeganə qol 33-cü dəqiqədə vurulub.
Kataloniyalılar 70% topa sahib olsalar da, rəqib qapısına yol tapa bilməyiblər.
Hans-Diter Flik-in rəhbərliyi altında "blaugrana" ilk dəfə bir matçda qol vura bilməyib.
Belə hal sonuncu dəfə martda Xavi Hernandezin rəhbərliyi zamanı baş vermişdi. “Barselona” “Atletik Bilbao” ilə qolsuz bərabərə qalmışdı.
Məğlubiyyətə baxmayaraq, Flikin komandası 13 turdan sonra La Liqanın turnir cədvəlində liderliyini qoruyub. Bir oyun az keçirən "Real Madrid" liderdən 6 xal geri qalır.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ