"Barselona"nın Yamal narahatlığı
20.12.2024 - 05:16
"Barselona"da Lamin Yamal problemi davam edir.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu hələ də zədəlidir.
O, "Leqanes"lə matçda topuq biləyindən xəsarət alıb. Kataloniyalılar mümkün ciddi travmadan olduqca narahatdırlar.
Bu səbəbdən klub Yamalın durumuna həssas yanaşır. Həkimlər onu riskə atmamağı və bir müddət meydandan kənar saxlamağı məsləhət görürlər.
Frenki de Yonqun uzun müddətdir zədəli olması "Barselona"nı bu addımı atmağa vadar edib.
Qeyd edək ki, Lamin dekabrın 15-də xəsarət alıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0