“Bavariya” 3 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
02.07.2026 - 15:55
“Bavariya” 3 futbolçu ilə yollarını ayırdı - RƏSMİ

“Bavariya” üç futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Münhen klubu Leon Qoretska, Rafael Gerreyro və Nikolas Ceksonun komandadan ayrıldığını açıqlayıb.

Qoretska “Bavariya”da 8 il çıxış edib. Gerreyro 2023-cü ildən Münhen təmsilçisinin formasını geyinirdi.

Nikolas Cekson isə “Çelsi”dən icarə əsasında “Bavariya”da çıxış edirdi.

Qeyd edək ki, daha əvvəl Münhen klubunun 24 yaşlı hücumçunun 64 milyon avroluq satınalma bəndini aktivləşdirməyəcəyi bildirilmişdi.