“Bavariya”da ciddi İTKİ
26.03.2025 - 13:55
“Bavariya”da ciddi İTKİ

Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı 2 üzvü Alfonso Deyvis və Dayot Upamekano sıradan çıxıb.

Bu barədə klubun mətbuat xisməti məlumat yayıb.

Hər iki oyunçu milli komandalarının heyətində olarkən zədələnib.

Upamekanonun sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.

Deyvis isə Kanadanın ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. Onun çarpaz bağlarının qopduğu və mövsümü erkən bitirdiyi bildirilib.