“Bavariya”da Noyerin taxtına yeni namizəd
28.01.2025 - 00:30
Almaniya Bundesliqası komandalarından "Bavariya" heyətini 21 yaşlı qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Köln"dən Yonas Urbiqi transfer edib.
Gənc qolkiperlə 2029-cu ilə kimi müqavilə imzalayıb.
"Bavariya" bu keçid üçün "Köln"ə 7 milyon avro ödəməli olub.
Münhen təmsilçisi gənc qolkiperi Manuel Noyerin davamçısı olaraq görür.
Qeyd edək ki, Urbiq bu mövsüm 2-ci Bundesliqada 10 oyun keçirib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0