"Bavariya"da zədəlilərin son durumu AÇIQLANDI
09.04.2024 - 00:25
"Bavariya"da zədəlilərin son durumu AÇIQLANDI

"Bavariya"da çıxış edən qapıçı Manuel Noyer, hücumçular Kinqsli Koman və Leroy Sane, eləcə də müdafiəçilər Nossair Mazraui və Aleksandr Pavloviç Çempionlar Liqasının 1/4 final mərhələsinin səfər matçında “Arsenal”a qarşı oynaya biləcəklər.

Apasport.az xəbər verir ki, futbolçuların hamısı klubun oyunöncəsi məşqində iştirak ediblər.

Yalnız müdafiəçilər Saşa Boe və Bouna Sarr Londonda keçiriləcək oyunu buraxacaqlar.

Qeyd edək ki, "Arsenal" - "Bavariya" matçı aprelin 9-u Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0
ÇL bavariya arsenal Manuel Noyer Koman Sane