"Bavariya"nın futbolçusu "Arsenal"la danışıqlar aparır
14.03.2025 - 10:56
Londonun "Arsenal" klubu "Bavariya"nın vingeri Leroy Saneni transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Belə ki, Sanenin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.
Leroy Sane "Arsenal"a keçir?
Fürsətdən istifadə edən “Arsenal” Sanenin menecerləri ilə əlaqə saxlayıb. Tərəflər arasında danışıqlar davam edir.
Leroy Sanenin oyun statistikası
Leroy Sane bu mövsüm 34 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0