"Bavariya"nın futbolçusu "Başakşəhər"də - RƏSMİ
02.07.2025 - 11:18
"Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Bavariya"nın U-19 komandasında çıxış edən Luka Ekrem Stançiçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Başakşəhər" daha əvvəl "Kasımpaşa"dan Nuno Da Koştanı və "Beşiktaş"dan Onur Bulutu heyətinə cəlb etmişdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0