“Bavariya”nın futbolçusu ölkəsinə qayıtdı - RƏSMİ
26.08.2026 - 15:56
“Benfika” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda “Bavariya”nın yarımmüdafiəçisi Joau Palinyanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "Benfika" 31 yaşlı portuqaliyalı futbolçu üçün qarşı tərəfə 14 milyon avro ödəyib. Müqavilədə 5 milyon avro bonusun da nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Palinya 2024-cü ildən “Bavariya”da çıxış edirdi. O, 2025/26 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib.
0
0